Azərbaycanda aqrar sektorun inkişafı üçün Təminat Fondu yaradılır

Azərbaycanda aqrar sektorun inkişafı üçün Təminat Fondu yaradılır
# 05 oktyabr 2012 13:28 (UTC +04:00)
Bunu «APA-Economics»ə açıqlamasında Azərbaycan Mikromaliyyə Assosiasiyası İdarə Heyətinin sədri Süleyman Kələşov bildirib.

S.Kələşovun sözlərinə görə, artıq Fondun yaradılması üzrə ilkin layihə və onun icra mexanizmləri hazırlanaraq parlamentə təqdim olunub: «Layihənin hazırlanmasında Baltikyanı ölkələr, Türkiyə və digər dövlətlərin təcrübəsindən istifadə olunub. Layihədə Fondun yaradılması üçün üç variant təklif olunur. Birinci variantda Fondun sırf dövlət tərəfindən yaradılması, ikinci variantda dövlət və özəl sektorun birgə iştirakı, sonuncu variantda isə dövlət, özəl və humanitar təşkilatların birgə iştirakı ilə yaradılması tövsiyə olunur».

S.Kələşov qeyd edib ki, layihənin sığortalanma komponenti kreditləşmənin və maliyyə axınının stimullaşdırılması və digər bazar iştirakçılarının bu mexanizmə cəlb edilməsi ilə kənd təsərrüfatı sektorunun inkişafına və eyni zamanda səmərəliliyin artırılmasına müsbət təkan verəcək.

Sədr bildirib ki, Assosiasiya artıq Fondun yaradılması ilə bağlı bütün zəruri sənədləri hazırlayaraq hökumətə təqdim edib: «Hazırda bu məsələ ilə bağlı hökumətin münasibət bildirməsini gözləyirik».

Qeyd edək ki, Fondun əsas funksiyalarından biri fermerin kənd təsərrüfatı kreditlərinə çıxış imkanlarını artırmaqla kreditin məbləğinin 80%-nə zəmanətin verilməsindən ibarətdir. Kredit qaytarılmayacağı halda isə Fond zəmanət verdiyi hissəni 10 gün ərzində kredit təşkilatının hesabına köçürür, 90 gün ərzində kredit məbləğinin qaytarılmasına nail olunmadıqda borc alanın girov əmlakını və vəsaitini öz sərəncamına keçirir və onun satışını təşkil edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR