Bakıda 29 yaşlı oğlan intihar edib

Bakıda 29 yaşlı oğlan intihar edib
# 23 iyul 2012 08:22 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. Bakıda daha bir nəfər intihar edib. Bu barədə APA-ya Binəqədi rayon Polis İdarəsindən bildirilib.

Hadisə ötən gecə qeydə alınıb. Bərdə rayon sakini, 1983-cü il təvəllüdlü Eldar İbrahimov Binəqədi rayonunda kirayədə yaşadığı evdə özünü asaraq intihar edib. Mərhumun özünə qəsd etməsinin səbəbləri məlum deyil.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR