Azərbaycan taekvondoçuları Avropa çempionatında 3 bürünc medal qazanıblar

Azərbaycan taekvondoçuları Avropa çempionatında 3 bürünc medal qazanıblar
# 18 iyun 2012 10:40 (UTC +04:00)
Bakı - APA. Yunanıstanın paytaxtı Afinada 16-21 yaşlı taekvondoçular arasında keçirilən Avropa çempionatı başa çatıb. Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, Azərbaycan milli komandasının heyətində Aydın Bəhməlovun (87 kq) ardından daha 2 idmançımız bürünc medala sahib olub.

Belə ki, yarışın son günü Xəyalə Quliyeva (46 kq) və Türkanə Tahirli (49 kq) yarımfinalda uduzmalarına baxmayaraq, fəxri kürsünün üçüncü pilləsində yer almağı bacarıblar. Beləliklə, seçmə komandamız Avropa çempionatını 3 bürünc medalla başa vurub.

Qeyd edək ki, yığmamız Bakıya iyunun 19-da dönəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR