Lənkəranda baş verən yol qəzasında bir nəfər ölüb, bir nəfər yaralanıb

Lənkəranda baş verən yol qəzasında bir nəfər ölüb, bir nəfər yaralanıb
# 26 iyun 2012 09:39 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Lənkəranda ölümlə nəticələnən yol qəzası baş verib. Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, hadisə ötən gecə qeydə alınıb. Rayon sakini Azər Həsənov idarə etdiyi “VAZ-2106” markalı maşın yolun əks istiqaməti ilə hərəkət edən Tərlan Cavadovun idarə etdiyi “VAZ-21011” markalı avtomobillə toqquşub. Nəticədə “VAZ-21011”in sürücüsü və maşında olan sərnişin, sürücünün atası Nizami Cavadov ağır vəziyyətdə xəstəxanaya yerləşdiriliblər. N. Cavadov aldığı xəsarətdən orada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR