Qulu Ağsəs və Ədalət Əsgəroğlu qadın məhkumlarla görüşüblər

Qulu Ağsəs və Ədalət Əsgəroğlu qadın məhkumlarla görüşüblər
# 30 mart 2012 12:21 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin qadın məhkumlar üçün 4 saylı Cəzaçəkmə Müəssisəsində (CM) Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Ulduz” jurnalının baş redaktor müavini Qulu Ağsəs və AYB-nin mətbuat katibi, şair Ədalət Əsgəroğlu ilə görüş keçirilib. Qulu Ağsəsin APA-ya verdiyi məlumata görə, görüşün mövzusu “37-ci il repressiyası və ədəbiyyat” olub.

Qonaqlar məhkum qadınlara 31 mart soyqırımı ilə bağlı məlumat veriblər və yeni şeirlərini oxuyublar. Məhkum qadınların da bəziləri görüşdə öz şeirlərini oxuyublar. Tədbirdə məlumat verilib ki, Ədliyyə Nazirliyinin dəstəyi ilə məhbəsdə olan şəxslərin şeirlərindən ibarət “Zaman” adlı almanax çap olunub. Növbəti almanax isə çapa hazırlanır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR