Almaniya futbol yığması dünya rekordu müəyyənləşdirib

Almaniya futbol yığması dünya rekordu müəyyənləşdirib
# 23 iyun 2012 09:17 (UTC +04:00)
Bakı – APA. Avro-2012-nin 1/4 final mərhələsində Yunanıstanı 4:2 hesabı ilə məğlub edən Almaniya milli komandası futbol tarixində görünməmiş nailiyyətə imza atıb. Apasport.az saytının məlumatına görə, Yoahim Lövün yetirmələri dünya və qitə çempionatlarının oyunlarındakı ardıcıl qələbələrin sayına əsasən mütləq dünya rekordçusu olub.

DÇ-2010-un yarımfinalında İspaniyaya 0:1 hesabı ilə uduzduqdan sonra almaniyalılar ardıcıl 15-ci qələbəsini qazanıb. Bununla da yeni dünya rekordu müəyyənləşib

Bunadək rekord hərəyə ardıcıl 14 qələbə qazanan İspaniya, Hollandiya və Fransa yığmalarına məxsus idi. Qrup mərhələsinin son oyununda Danimarkanı 2:1 udamqla bu rekorda şərik olan Lövün komandası artıq mütləq göstəricinin müəllifidir.

Qeyd edək ki, Almaniya yığması 1 qələbəsini DÇ-2010-da, 10 qələbəsini AVRO-2012-nin seçmə mərhələsində və son 4 qələbəsini final mərhələsində əldə etməklə rekorda imza atıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR