Bu ilin ilk yarısında Azərbaycanın «Gədəbəy» yatağından 650 kq qızıl hasil edilib

Bu ilin ilk yarısında Azərbaycanın «Gədəbəy» yatağından 650 kq qızıl hasil edilib
# 12 iyul 2012 16:11 (UTC +04:00)
APA-Economics”in xəbərinə görə, bu barədə şirkətin açıqladığı hesabatda bildirilir.

İlk yarımildə qızılın 9 925 unsiyası birinci rübün, 11 716 unsiyası isə 2-ci rübdə hasil edilib. Hasil edilən qızılın 9 883 unsiyası orta hesabla 1 609 dollar/unsiya qiymətinə satılıb. İlin ilk yarısında yataqdan 12 174 unsiya gümüş hasil edilib ki, bunun da 7 670 unsiyası 1-ci rübdə, 4504 unsiyası 2-ci rübdə çıxarılıb.

Bu ilin ikinci rübündə yataqdan 238,058 ton qızıl filizi hasil edilib ki, onun zənginliyi 3,24 qram/ton təşkil edib. Şirkətin məlumatına görə, istehsal proqnozlarına əsasən bu ilin sonunadək yataqdan qızıl hasilatı 54 min unsiya (və ya 1620 kq), gümüş hasilatı isə 26 min unsiya (780 kq), mis hasilatı 720 ton təşkil edəcək.

Şirkətin hesabatına əsasən “Gədəbəy” yatağının ümumi ehtiyatları 20 312 879 ton həcmindədir ki, bu da 744 min unsiya qızıl, 59 479 ton mis və 6 mln. 175,5 min unsiya gümüş deməkdir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR