Təhsil Nazirliyinin maliyyə şöbəsinin həbsdə olan sabiq müdir müavini və digərlərinin məhkəmə istintaqı başlayıb

Təhsil Nazirliyinin maliyyə şöbəsinin həbsdə olan sabiq müdir müavini və digərlərinin məhkəmə istintaqı başlayıb
# 26 aprel 2012 14:53 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Təhsil Nazirliyinin maliyyə şöbəsinin həbsdə olan sabiq müdir müavini Orxan Kərimov, habelə “Zəngəzur” MMC mətbəəsinin rəhbəri İbrahim İsgəndərov, Beynəlxalq Universitetin müəllimi Ramiz Hüseynov və onun qardaşı Rafiq Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. APA-nın məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrlik etdiyi prosesdə təqsirləndirilən İbrahim İsgəndərovun vəkili Eldar Qurbanov çıxış edərək, müdafiə etdiyi şəxsə bəraət verilməsini, ittiham aktında konkret faktların olmadığı üçün cinayət işinin ibtidai istintaqa qaytarılması barədə vəsatət verib. Müşavirədən sonra hakim vəsatətin təmin olunmadığını bildirib. İclasda, həmçinin məhkəmə istintaqının başlaması barədə qərar qəbul olunub. Bundan sonra dövlət ittihamçısı Vüsal Orucov çıxış edərək, ittiham aktını elan edib.

Proses mayın 2-də davam etdiriləcək.

Xatırladaq ki, O. Kərimov ötən il iyunun 6-da həbs olunub. İstintaq araşdırması zamanı digər təqsirləndirilən şəxslər də məsuliyyətə cəlb ediliblər. Onlar Cinayət Məcəlləsinin 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə ) və 311-ci (rüşvət alma - passiv rüşvətxorluq) maddələri ilə ittiham olunurlar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR