Gürcüstanda parlament seçkilərinin təşkili üçün 29 milyon lari ayrılıb

Gürcüstanda parlament seçkilərinin təşkili üçün 29 milyon lari ayrılıb
# 03 avqust 2012 09:34 (UTC +04:00)
APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Zurab Xaratişvili məlumat verib.

MSK rəhbəri bildirib ki, indiyədək seçkilərdə iştirak etmək üçün 33 siyasi partiya müraciət edib. MSK-ya təqdim olunan ərizələrin sayı artmaqdadır: “Parlament seçkilərində iştirak etmək üçün ərizələrin qeydiyyat müddəti avqustun 5-də saat 18.00-da bitir. Seçkilərin keçirilmə vaxtı elan olunduqdan sonra MSK fövqəladə iş rejiminə keçib və 73 seçki dairəsində komplektləşmə işləri aparılır”.

MSK sədri məlumat verib ki, seçki qurumlarında ümumilikdə 48 min nəfər çalışacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR