Amerikalı seysmoloqlar Bakıda səfərdədir

Amerikalı seysmoloqlar Bakıda səfərdədir
# 19 sentyabr 2012 13:22 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Amerikalı seysmoloqlar Taimi Mulder və Malcolm Vayte Bakıda səfərdədirlər. Azərbaycan Milli Elmlır Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) mətbuat xidmətinin rəhbəri Vüsalə Rafiqqızının APA-ya verdiyi məlumata görə, səfərdə məqsəd Mərkəz əməkdaşları üçün seysmik məlumatların analizi və verilənlər bazası ilə işləməyin öyrədilməsinə dair treninqin keçirilməsidir.

Artıq amerikalı mütəxəssislərin iştirakı ilə RSXM-in Seysmotelemetrik monitorinq mərkəzində treninqlərə başlanılıb. Treninqin bir neçə gün davam etməsi nəzərdə tutulur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR