Kıvanc Tatlıtuğ “Mahmud və Məryəm” filmində çəkilə bilər

Kıvanc Tatlıtuğ “Mahmud və Məryəm” filmində çəkilə bilər
# 26 iyul 2012 15:00 (UTC +04:00)
Filmdəki Dilbər rolunun ifaçısı dəyişdirilib

Bakı. Ülkər Rəşidqızı-APA. Xalq yazıçısı Elçinin “Mahmud və Məryəm” əsəri əsasında ekranlaşdırılan eyniadlı filmdə Türkiyənin tanınmış aktyoru Kıvanc Tatlıtuğ çəkilə bilər. APA-nın məlumatına görə, aktyora bu ekran işində çoban rolunu canlandırmaq təklif olunub. Hələlik Tatlıtuğ bu təklif ətrafında düşünür və yaxın günlərdə öz qərarını verəcək.

Filmdə Dilbər roluna təsdiqlənən Açelya Özcan isə pasportu vaxtında hazır olmadığına görə “Mahmud və Məryəm”də oynaya bilməyəcək. Bu rola Türkiyənin başqa bir aktrisası Asena Tuğal təsdiqlənib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR