Dow Jones indeksi 0,3%, S&P 500 0,2%, Nasdaq 0,1% enib

Dow Jones indeksi 0,3%, S&P 500 0,2%, Nasdaq 0,1% enib
# 08 fevral 2013 07:06 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Fevralın 7-də Amerika fond bazarında Dow Jones indeksi 0,3% - 13 944 bəndədək, S&P 500 0,2% - 1 509 bəndədək, Nasdaq 0,1% - 3 165 bəndədək enib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond bazarında kotirovkaların dinamikasına makroiqtisadi göstəricilər təsir edib. Belə ki, ötən həftə ərzində işsizlik üzrə ilkin müraciətlərin sayı 5 min azalıb ki, bu da proqnozlardan aşağı olub. Bundan başqa, ölkədə məhsuldarlıq səviyyəsi IV rübdə 2% azalıb.

Avropa fond bazarlarında fevralın 7-də FTSE 100 indeksi 1,1% - 6 228 bəndədək enib, Almaniya DAX-ı 0,1% - 7 591 bəndədək yüksəlib, Fransa CAC-40-ı 1,2% - 3 601 bəndədək enib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,5% azalaraq 1 672,3 dollara bərabər olub.


Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3407 (-0,8%) dollar təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR