Azərbaycan Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının iclası keçirilib

Azərbaycan Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının iclası keçirilib
# 20 dekabr 2012 14:46 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının iclası keçirilib. Bu barədə APA-ya Komissiyanın sədr müavini Sayalı Sadıqova bildirib. Onun sözlərinə görə, iclasda Komissiyanın elmin müxtəlif sahələri üzrə bölmələrinin yaradılması barədə qərar qəbul olunub. İclasın qərarına əsasən, Terminologiya Komissiyasının 3 aydan bir bülleteni, ildə iki dəfə “Terminologiya məsələləri” jurnalı nəşr ediləcək.

İclasda, həmçinin Terminologiya Komissiyasının nəzdində böyük terminoloji portalının yaradılması barədə də qərar verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR