Dövlət Kukla Teatrında Kamran Şahmərdanın “Ağ və qara” tamaşasının premeyerası keçirilib

Dövlət Kukla Teatrında Kamran Şahmərdanın “Ağ və qara” tamaşasının premeyerası keçirilib
# 16 yanvar 2009 16:28 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Bu gün Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında Finlandiyanın əməkdar incəsənət xadimi, həmyerlimiz Kamran Şahmərdanın “Ağ və qara” tamaşasının premyerası keçirilib. APA-nın məlumatına görə, tamaşanın nümayişindən əvvəl çıxış edən K. Şahmərdan bildirib ki, uzun fasilədən sonra vətənində tamaşa səhnələşdirmək onun üçün böyük xoşbəxtlikdir.

Qeyd edək ki, tamaşanın ssenari müəllifi də Kamran Şahmərdandır. Rusiyanın tanınmış rəssamı Tatyana Melnikovanın səhnə tərtibatında hazırlanan tamaşada rolları Cavidan Hüseynzadə, Rəhim Rəhimov, Afət Zülfüqarova və başqaları ifa ediblər. Tamaşada Kukla Teatrı tarixində ilk dəfə olaraq Kamran Şahmərdanın Finlandiyadan gətirdiyi qara kabinet dekorasiyasından istifadə olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR