«Gəncəbank» son bir il ərzində depozit portfelini 8% azaldıb

«Gəncəbank» son bir il ərzində depozit portfelini 8% azaldıb
# 17 aprel 2009 07:57 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Gəncəbank» Səhmdar Kommersiya Bankının (SKB) aktivlərinin həcmi cari ilin aprel ayının 1-nə 30,128 mln. manat təşkil edib ki, bu da ötən ilin aprelin 1-nə olan göstəricidən 12,4% çoxdur.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli 7,6% azalaraq 2,961 mln. manat, kredit portfeli 12,7% artaraq 21,015 mln. manat, o cümlədən istehlak kreditlərinin həcmi 25,2% azalaraq 5,348 mln. manat olub.
Həmçinin, bankın məcmu kapitalı 2,2% artaraq 11,894 mln. manat, o cümlədən nizamnamə kapitalı sabit qalaraq 10 mln. manat təşkil edib.
Qeyd edək ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bankın gəlirləri 5,3% azalaraq 1,207 mln. manat, xərcləri isə 35% azalaraq 0,528 mln. manata çatıb. Nəticədə, bankın mənfəəti 47,2% artaraq 0,679 min manat olub.
Bu müddət ərzində bankın işçilərinin sayı 9% artaraq 73 nəfər, orta aylıq əmək haqqı isə 7,7% artaraq 727 manat olub.
Xatırladaq ki, «Gəncəbank» SKB 1994-cü ildən fəaliyyət göstərən ilk regional bankdır ki, baş ofisi Gəncə şəhərində yerləşir. Bankın baş ofisdən əlavə respublika üzrə 2 filialı, 3 bankomatı və 14 POS-terminalı fəaliyyət göstərir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR