Mütəxəssis: “Donuz qripi”nin törədicisi dəqiq məlum olmadığı üçün hələlik ona qarşı vaksin hazırlanmayıb”

Mütəxəssis: “Donuz qripi”nin törədicisi dəqiq məlum olmadığı üçün hələlik ona qarşı vaksin hazırlanmayıb”
# 27 aprel 2009 16:19 (UTC +04:00)
O bildirib ki, insanların ölümü ilə nəticələnən bu virusun törədicisi dəqiq məlum olmadığı üçün ona qarşı vaksin də hazırlanmayıb. Hazırda alimlərin bu istiqamətdə tədqiqat apardığını söyləyən mütəxəssis qeyd edib ki, hava-damcı yolu ilə keçən xəstəliyin əlamətləri adi qripə bənzəyir: “Amma adi qripdə adətən qusma müşahidə edilmir, yalnız orqanizmi zəif olan insanlarda bu əlamət özünü göstərir. “Donuz qripi”ndə isə adi qripdən fərqli olaraq həmişə qusma, işləmə və hərarətin 37 dərəcədən yüksək olması müşahidə edilir. Xəstəlik insanlarda ilk olaraq ağciyəri zədələyir. “Donuz qripi”nin inkubasiya dövrü adətən 3-4 gün davam edir. Virusa yoluxanlar çox qısa müddətdə dünyasını dəyişir”. A. Əsədova əlavə edib ki, Azərbaycanda insanlarda bu xəstəlik qeydə alınmasa da, çox diqqətli və ehtiyatlı olmaq lazımdır. O, insanlara donuz ətindən, kolbasadan imtina etməyi, eyni zamanda hər ehtimala qarşı əti yaxşı qaynatmağı tövsiyə edib.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli isə itigedişli kontagioz xəstəlik olan “donuz qripi”nin daha çox soyuq fəsillərdə müşahidə edildiyini söyləyib. Onun sözlərinə görə, xəstəlik temperaturun yüksəlməsi, ümumi zəiflik, yuxarı tənəffüs yolları, gözün selikli qişası, həmçinin ağciyər iltihabı ilə nəticələnir: “Virus aşağı temperatura davamlı olmaqla otaq temperaturunda bir neçə günə, 60 dərəcə istilikdə isə 20 dəqiqəyə məhv olur. Xəstəliyin inkubasiya dövrü 1-3 gün, bəzən bir həftəyə qədər davam edir. Xəstəliyin əvvəlində temperaturun 41-42 dərəcəyə qədər yüksəlməsi, ümumi zəiflik, burun axıntısı, asqırma, öskürmə olur. Bəzən burundan qan axıntısı da müşahidə edilir. Xəstəlik zamanı heyvanda tənəffüs prosesi tam pozulur və qarın tipli olur, köks nahiyəsində ağırının zəifləməsi üçün donuzlar bəzən it kimi yerə çökürlər. Ürəyin fəaliyyətinin pozulması ilə əlaqədar donuzlarda qulaq, dırnaq və quyruq nahiyələri göyərir. Bəzən heyvanlarda mədə-bağırsaq sisteminin fəaliyyətinin pozulması, oynaq və əzələlərdə ağır, limfa düyünlərinin həcminin böyüməsi müşahidə edilir. Yüksək rezistentliyə malik donuzlarda xəstəlik iti gedir və 7-10 gündən sonra sağlama ilə nəticələnir. Zəif rezistentliyə malik donuzlarda isə xəstəlik çox vaxt digər infeksion xəstəliklər, o cümlədən bakteriozla mürəkkəbləşmələr və tələfatla nəticələnir. Xəstəliyə diaqnoz qoyulması üçün onun əlamətləri, patoloji-anatomik dəyişiklikləri nəzərə alınır”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR