Azərbaycanda mal ehtiyatları indeksi artıb

Azərbaycanda mal ehtiyatları indeksi artıb
# 21 may 2009 12:28 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın sənaye istehsalı sektorunda mal ehtiyatları indeksi 2009-cu ilin may ayının 1-nə 7,8% təşkil edib. Dövlət Statistika Komitəsinin məlumatları əsasında «APA-Economics»in apardığı hesablamalara görə, indeksin aprel ayında kəskin artması müşahidə olunub. Belə ki, aprelin 1-nə mal ehtiyatları indeksi mənfi 6,4%-ə bərabər olub.

Qeyd edək ki, həmin indeksin yüksəlməsi, hətta olun müsbət rəqəmlə ifadə olunması mal ehtiyatlarının artmasını göstərir. Bu da öz növbəsində makroiqtisadi baxımdan mənfi indikator kimi hesab qiymətləndirilir, çünki son istehlakın azalmasını əks etdirir.

Ümumilikdə, 2009-cu il mayın 1-nə Azərbaycandakı sənaye müəssisələrinin anbarlarında 223,2 mln. manatlıq və ya aprelin 1-i ilə müqayisədə 16,1 mln. manat çox hazır məhsul ehtiyatı olub.

İstehsal və istehlak münasibətlərini xarakterizə edən digər indikator üzrə isə müsbət dinamika müşahidə olunur. Belə ki, mayın 1-nə mal ehtiyatlarının həcmi istehsal edilmiş sənaye məhsulunun 4%-ni, aprelin 1-nə isə 5%-ni təşkil edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR