“NATO və Azərbaycan gəncliyi” mövzusunda dəyirmi masa keçirilib

“NATO və Azərbaycan gəncliyi” mövzusunda dəyirmi masa keçirilib
# 21 may 2009 13:20 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. Bu gün Demokratik İslahatlar Partiyası (DİP) NATO-nun Azərbaycandakı təmsilçisi olan Rumıniya səfirliyi və Azərbaycan Beynəlxalq NATO məktəbi (NİSA) ilə birgə “NATO və Azərbaycan gəncliyi” mövzusunda dəyirmi masa təşkil edib. APA-nın məlumatına görə, dəyirmi masanı giriş nitqi ilə açan Asim Mollazadə NATO ilə Azərbaycanın 15 illik əməkdaşlıq tarixindən, ölkəmizin Avroantlantik məkana inteqrasiyasından danışıb. Millət vəkili Azərbaycan gənclərinin NATO ilə əməkdaşlıqda oynadığı roldan, bu əməkdaşlığın gələcək perspektivlərindən ətraflı bəhs edib.

Sonra söz NATO-nun Azərbaycan üzrə əlaqələndirici ölkənin - Rumıniyanın ölkəmizdəki səlahiyyətli səfiri cənab Nikolae Urekuya verilib. N. Ureku Rumıniyanın NATO təcrübəsi, rumın gənclərinin NATO-ya inteqrasiya prosesindəki rolu barədə tədbir iştirakçılarını məlumatlandırıb. O, Azərbaycanın NATO yolunda görəcəyi işlər və gənclərin bu quruma verə biləcəyi töhfələrdən danışıb.

Dəyirmi masada NİSA məktəbinin direktoru Mikayıl Yusifov, DİP Gənclər təşkilatının sədri Ramin Hacılı, ölkədə fəaliyyət göstərən gənclər təşkilatlarının nümayəndələri, millət vəkilləri, diplomatik korpusunun təmsilçiləri mövzu ilə bağlı düşüncələrini bölüşüblər. Sonda Asim Mollazadə burada səslənən fikir və təkliflərin geniş ictimaiyyətin diqqətinə təqdim olunacağını, bu istiqamətdə tədbirlərin davam etdiriləcəyini bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR