Beyləqanda piyada ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Beyləqanda piyada ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
# 07 yanvar 2017 09:01 (UTC +04:00)

Beyləqanda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən verdiyi məlumata görə, yanvarın 6-da saat 15:00 radələrində Beyləqan rayonunun Yeni Mil qəsəbəsində rayon sakini Rauf İsgəndərov idarə etdiyi "VAZ-21074" markalı avtomobillə yolu keçən həmyerlisi Vüqar Hüseynovu vurub. Nəticədə piyada hadisə yerində ölüb.


Beyləqan RPŞ tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR