Bakı-APA. Cənubi Sudanda baş vermiş təyyarə qəzasında yeganə sağ qalan bir uşaq olub. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Cənubi Sudanın nəqliyyat naziri Xon Kuonq Dxanyer Qatluak bildirib.
“Qəza nəticəsində bundan əvvəl üç nəfər sağ qalmışdı, hazırda yeganə sağ qalan bir uşaqdır”, deyə nazir bildirib.
Qeyd edək ki, “An-12” tipli təyyarənin qəzaya uğraması nəticəsində 39 nəfər ölüb, ölənlərdən 21 nəfəri təyyarənin düşdüyü kəndin sakinləridir.