Mogerini İrana səfər edəcək

Mogerini İrana səfər edəcək
# 14 mart 2016 10:36 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarı Federika Mogerininin rəhbərliyi ilə avrokomissarlardan ibarət nümayəndə heyəti aprelin 16-da İrana səfər edəcək.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə F. Mogerini Avropa İttifaqına üzv dövlətlərin xarici işlər nazirlərinin iclasından əvvəl jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, Aİ xarici işlər nazirlərinin görüşündə İranla ikitərəfli müansibətlərin inkişaf yollarının öyrənilməsi və regional məsələrlə bağlı fikir mübafiləsi aparılacaq: “Əlbəttə, gündəlikdə Suriya, Yəmən və digər məsələlər də olacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR