Bakıda beşmərtəbəli binanın dam örtüyündə yanğın baş verib

Bakıda beşmərtəbəli binanın dam örtüyündə yanğın baş verib
# 21 mart 2016 13:39 (UTC +04:00)

Bakı-APA. Bakıda beşmərtəbəli binada yanğın baş verib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Xətai rayonunda beşmərtəbəli binanın dam örtüyündə yanğın hadisəsi baş verib.

Dərhal FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub. Yanğın yanğınsöndürənlər tərəfindən məhdudlaşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR