Gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbər vəzifəyə qəbulla bağlı müsabiqə keçirilir

Gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbər vəzifəyə qəbulla bağlı müsabiqə keçirilir
# 08 oktyabr 2016 09:29 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Bu gün Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinə gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbər vəzifəsinə işə qəbul olunmaq üçün müsabiqə keçirilir.

APA-nın xəbərinə görə, 42 saylı tam orta məktəbdə keçiriləcək müsabiqədə iştirak etmək üçün 95 nəfər namizədin müraciəti qeydə alınıb.

Gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbər vəzifəsinə işə qəbul üçün müsabiqəyə qatılan şəxslər ixtisaslarına dair 40 sualdan ibarət test tapşırığını 1 saat ərzində cavablandırmalıdırlar.

Qeyd edək ki, təhsil nazirinin müvafiq əmri ilə təsdiq edilmiş “Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları”na əsasən məktəblərdə vakant olan gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbər vəzifəsinə işə qəbul Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin strukturuna daxil olan yerli idarəetmə orqanları və tabelik üzrə təhsili idarəetmə orqanları ilə razılaşdırılmaqla, müəssisə rəhbəri tərəfindən həyata keçirilir. Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Gənclərin ibtidai hərbi hazırlıq Əsasnaməsi”nə uyğun olaraq, gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbər vəzifəsində ali və ya orta ixtisas hərbi, yaxud ali mülki təhsilli ehtiyatda (istefada) olan zabitlər işləyə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR