Rövnəq Abdullayev: "Masazırda evlərin altından sızan qaz ətrafa təhlükə yaradır" - VİDEO

Rövnəq Abdullayev: "Masazırda evlərin altından sızan qaz ətrafa təhlükə yaradır" - <span style="color: red;">VİDEO
# 12 sentyabr 2015 13:21 (UTC +04:00)

APA-nın yerli bürosunun xəbərinə görə, R. Abdullayev bildirib ki, evlərin altından sızan şist qazdır: “Həmin ərazidə şist qaz və bitum layları var. Məhz buna görə, həmin ərazidə baş verən qaz sızması təbii haldır. Sızan qaz ətrafa təhlükə yaradır”.

ARDNŞ prezidenti deyib ki, şist qaz və bitum laylarının üzərində evlərin tikintisi qanunsuzdur. “Məlumdur ki, Abşeron rayonu, eləcə də Masazır qəsəbəsi qaz sızmaları olan bir ərazidir. Neçə ildir Azərbaycan Dövlət Neft Şirkəti həmin ərazilərdəki neft və qazçıxarma mədənlərinin yaxınlığında qanunsuz olaraq evlərin tikilməsinin çox təhlükəli olduğunu bəyan edir. Mən bununla bağlı dəfələrlə çıxış edərək əhaliyə müraciət etmişəm. Masazırın bəzi yerlərində yeraltı qrunt qazsızmaları mövcuddur və ərazi yaşayış üçün təhlükəlidir. Baş nazirin müavini Abid Şərifovun rəhbərliyi ilə Fövqəladə Hallar Nazirliyi, ARDNŞ, AMEA, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri əraziyə bir neçə dəfə baxış keçirib, yoxlama işləri davam etdirilir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR