Azərbaycan çempionatına yeni komanda qoşulub

Azərbaycan çempionatına yeni komanda qoşulub
# 28 dekabr 2015 11:00 (UTC +04:00)

Bakı – APA. Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasının 2015/2016 mövsümündə II mərhələnin oyunları keçirilib. Voleybol Federasiyasından apasport.az saytına verilən məlumata görə, çempionatın ortasında yarışa yeni komanda qoşulub.

Belə ki, Ali Hərbi Məktəbin komandası II mərhələdən Yüksək Liqada oynamağa qərar verib. Hətta onlar keçirdikləri 3 qarşılaşmanı da qalib kimi başa vurublar.

3 gün keçirilən oyunların ardından isə “Neftçi” vahid liderliyini qoruyub. “Ağ-qaralar”ın “Ali Hərbi Məktəb”lə görüşü təxirə salınaraq, yanvar keçirilib.

Qeyd edək ki, 3 mərhələdən ibarət olacaq yarışın növbəti mərhələsinin apreldə keçirilməsi nəzərdə tutulub.

II mərhələ

“Nəqliyyatçı” – “Nəqliyyatçı gənclər” – 3:0

“Sumqayıt” – “Ali Hərbi Məktəb” - 0:3

“Neftçi” - “Nəqliyyatçı gənclər” – 3:0

“Ali Hərbi Məktəb” - “Nəqliyyatçı” – 3:1

“Neftçi” – “Ali Hərbi Məktəb” – təxirə salınıb

“Sumqayıt” - “Nəqliyyatçı” - 0:3

“Nəqliyyatçı gənclər” – “Ali Hərbi Məktəb” - 0:3

“Nəqliyyatçı” – “Neftçi” – 0:3

“Sumqayıt” - “Nəqliyyatçı gənclər” – 0:3

N

Komanda

O

Q

M

S

X

1

Neftçi

5

5

0

15-1

15

2

Nəqliyyatçı

7

4

2

13-9

12

3

Ali Hərbi Məktəb

3

3

0

9-1

9

4

Sumqayıt

6

1

5

5-16

3

5

Nəqliyyatçı G

7

0

7

1-21

0

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR