Türkiyə xarici işlər naziri Qəzza üzrə Təmas Qrupunun toplantısında iştirak edəcək

Türkiyə xarici işlər naziri Qəzza üzrə Təmas Qrupunun toplantısında iştirak edəcək
# 27 aprel 2024 14:43 (UTC +04:00)

Türkiyə xarici işlər naziri Hakan Fidan 28-29 aprel tarixlərində Səudiyyə Ərəbistanına səfər edəcək.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə XİN məlumat yayıb.

Qeyd olunub ki, nazir Fidan Ər-Riyadda İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Liqasının Qəzza üzrə yaratdığı Təmas Qrupunun toplantısında iştirak edəcək.

Bundan əlavə, o, səfər çərçivəsində müxtəlif ikitərəfli görüşlər də keçirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR