Hacıqabul-Bəhrəmtəpə-Mincivan-Ermənistan avtomobil yolunda hərəkət məhdudlaşdırılacaq

Hacıqabul-Bəhrəmtəpə-Mincivan-Ermənistan avtomobil yolunda hərəkət məhdudlaşdırılacaq
# 27 aprel 2024 10:59 (UTC +04:00)

28 aprel saat 11:00-dan etibarən M6 Hacıqabul-Bəhrəmtəpə-Mincivan-Ermənistan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 43-cü km-lik hissəsində (Sabirabad rayonu ərazisində) yerüstü piyada keçidinin inşası ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

APA-Economics” xəbər verir ki, sürücülərdən qeyd olunan saatlarda sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına riayət etmələri və ərazidə quraşdırılmış müvəqqəti yol nişanlarının tələblərinə uyğun avtonəqliyyat vasitələrini idarə etmələri xahiş olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR