Bakıda iki tanışın mübahisəsi bıçaqlanma ilə nəticələnib

Bakıda iki tanışın mübahisəsi bıçaqlanma ilə nəticələnib
# 23 sentyabr 2016 00:14 (UTC +04:00)

Bakı. Natiq Qədimov-APA TV. Bakının Binəqədi rayonu ərazisində iki tanışın mübahisəsi bıçaqlanma ilə nəticələnib. APA TV nin məlumatına görə, hadisə Binəqədi rayonu Abay Kunanbayev küçəsi 18 ünvanında yerləşən yataqxananın qarşısında baş verib. Yaxınlıqda yerləşən kafelərdən birində yeyib içən Kərim Rəhim oğlu Abdullayevlə Vüqar Şöhrət oğlu Əliyev sonradan mübahisə ediblər. Kafedə başlayan mübahisə çöldə də davam edib. Söz davası əlbəyaxaya keçəndə 25 yaşlı Kərim cibindən bıçaq çıxararaq Vüqara iki zərbə endirib.

Xəstəxanaya çatdırılan Vüqar Əliyevin həyatını xilas etmək mümkün olub. Vurulan iki zərbədən biri daxilə nüfuz etdiyindən həkimlər yaralının vəziyyətini ağır kimi qiymətləndirib.

Baş vermiş faktla əlaqədar Binəqədi RPİ-də cinayət işi başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR