Rusiyadan Türkiyəyə müntəzəm uçuşlar bərpa edilir

Rusiyadan Türkiyəyə müntəzəm uçuşlar bərpa edilir
# 22 iyul 2016 10:54 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Türkiyədə baş verən hərbi çevriliş cəhdindən sonra Rusiya aviaşirkətlərinin Türkiyəyə həyata keçirdikləri müntəzəm aviareyslərə tətbiq edilən qadağa aradan qaldırılıb.


"APA-Economics" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Rusiyanın Federal Mülki Aviasiya Agentliyi ötən gecə müntəzəm uçuşlara tətbiq etdiyi qadağanı aradan qaldırdığını açıqlayıb.

"Türkiyədə baş verən hərbi çevriliş cəhdindən sonra sərnişindaşımada lazımı yüksək təhlükəsizlik tədbirlərini həyata keçirildiyinə dair verilən zəmanətdən sonra 22.07.2016 tarixində saat 00:00-dan etibarən Rusiyadan Türkiyəyə daha öncə müntəzəm uçuşlarla bağlı bütün qadağalar aradan qaldırılıb", - deyə qurumun açıqlamasında qeyd olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR