Filippində bazarın yanması nəticəsində 15 nəfər ölüb

Filippində bazarın yanması nəticəsində 15 nəfər ölüb
# 31 oktyabr 2015 07:31 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. Filippinin cənubunda bazarın yanması nəticəsində 15 nəfər ölüb. APA-nın “Associated Press”ə istinadən verdiyi məlumata görə, ölənlərdən 4-ü yetkinlik yaşına çatmayan uşaqlardır. Hadisə bu gecə Zamboanqa şəhərindəki yarmarkada baş verib. İlkin məlumata əsasən, yerlə gedən elektrik xətlərindən çıxan qığılcım girişin yaxınlığında olan satış nöqtələrini çətirləri ilə birlikdə yandırıb. Daha sonra yanğın paltarlar olan çadırlara keçib. Şəhər administrasiyasının verdiyi məlumata görə, hadisə nəticəsində daha 13 nəfər ölüb.

Polisdən isə bildirilib ki, ölənlər çadırlarda yatan satıcılardır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR