Berlində Ukraynadakı münaqişə üzrə “normand dördlüyü”nün görüşü keçirilib

Berlində Ukraynadakı münaqişə üzrə “normand dördlüyü”nün görüşü keçirilib
# 12 sentyabr 2015 21:24 (UTC +04:00)

Bakı-APA. Berlində Ukraynadakı münaqişənin nizamlanması üzrə “normand dördlüyü”nün (Rusiya, Ukrayna, Almaniya və Fransanın XİN rəhbərləri) növbəti görüşü keçirilib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, yaxın zamanda Almaniya XİN rəhbəri Frank-Valter Ştaynmayerin görüşün yekunlarına dair bəyanat verəcəyi gözlənilir.

Görüş iştirakçıları 100 mm kalibrli silahların təmas xəttindən geri çəkilməsi, Ukraynada yerli özünüidarəetmə orqanlarına seçkilərin keçirilməsi və konstitusiya islahatlarının icrası daxil olmaqla bir çox məsələləri müzakirə ediblər.

Qeyd edək ki, “Normand dördlüyü”nün XİN rəhbərləri son 14 ay ərzində artıq 7-ci dəfədir görüşürlər. İlk görüş 2014-cü ilin iyulun 2-də Berlində keçirilib. Sonuncu dəfə isə nazirlər 2015-ci ilin iyunun 23-də Parisdə görüşüblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR