Madriddə doqquzuncu dəfə "Ölməz alay" aksiyası keçirilib

Madriddə doqquzuncu dəfə "Ölməz alay" aksiyası keçirilib
# 06 may 2024 04:56 (UTC +04:00)

İspaniyanın paytaxtı Madriddə doqquzuncu dəfə keçirilən "Ölməz alay" aksiyasında yüzlərlə insan iştirak edib.

APA xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Yürüş Atocha dəmir yolu stansiyasının yaxınlığında başlayıb, şəhərin mərkəzi meydanlarından birinə tərəf davam edib. Aksiyada müxtəlif yaşda olan insanlar iştirak ediblər. Onlar Böyük Vətən müharibəsində iştirak edən qohumlarının portretlərini, bayraqları və pankartlarını daşıyırdılar.

Yürüş müharibə illərinin mahnıları ilə müşayiət olunub. Heç bir pozuntu və təxribat müşahidə edilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR