Gəncədə mebel sexində yanğın olub, 1 nəfər xəsarət alıb - YENİLƏNİB

Gəncədə mebel sexində yanğın olub, 1 nəfər xəsarət alıb  - <span style="color: red;">YENİLƏNİB
# 28 may 2016 15:19 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Gəncə şəhərində mebel sexində yanğın baş verib. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Gəncə şəhəri, Nizami rayonunda vətəndaşa məxsus ümumi sahəsi 300 kv.m olan mebel sexinin yanar konstruksiyaları və içərisinə yığılmış taxta materiallar 180 kv.m sahədə yanıb.

Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

***

14:06


Gəncə. Azər Məmmədli – APA. Gəncədə mebel sexində yanğın baş verən yanğın söndürülüb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, Məqsəd Ələkbərova məxsus sahəsi 180 kvadratmetr olan sexdə baş verən yanğın nəticəsində mebel istehsalında istifadə olunan taxtalar və müxtəlif dəzgahlar yanaraq yararsız hala düşüb.

Yanğının baş vermə səbəbləri araşdırılır.

****

13:40

Gəncə. Azər Məmmədli – APA. Gəncədə mebel sexində yanğın baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Nəriman Nərimanov prospektində yerləşən sexdə qeydə alınıb. Əraziyə Gəncə Yanğından Mühafizə İdarəsinin 4 yanğınsöndürən avtomobili cəlb olunub. Hazırda alovun söndürülməsi istiqamətində tədbirlər həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR