Nazirlik: Sertifikasiya imtahanlarında yaşlı həkimlər çoxluq təşkil edir

Nazirlik: Sertifikasiya imtahanlarında yaşlı həkimlər çoxluq təşkil edir
# 30 sentyabr 2016 15:13 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. “Həkimlərin sertifikasiya imtahanlarında yaşlılar daha çox praktiki fəaliyyətlə bağlı klinik tapşırıqlara, gənclər isə test suallarına yaxşı cavab verirlər”.

APA-nın xəbərinə görə, Səhiyyə Nazirliyinin yanında Sertifikasiya Komissiyasının rəhbərinin müavini Müşgünaz Şahmuradova bildirib ki, gənc mütəxəssislər test tapşırıqlarında yüksək nəticə toplaya bilirlər. Yaşlıların yaddaşa görə testləri əzbərləyə bilmədiyini deyən M.Şahmuradova qeyd edib ki, onlar praktiki fəaliyyətlə bağlı suallara daha yaxşı cavab verirlər: “Ümumilikdə isə Azərbaycanda təqaüd yaşına çatan həkimlər çox olduğundan sertifikasiya imtahanlarında iştirak edənlər arasında da yaşlılar çoxluq təşkil edir. Xaricdə təhsil alıb Azərbaycanda işləmək istəyən həkimlər isə əvvəl Təhsil Nazirliyində nostrifikasiyadan keçdikdən sonra təkmilləşdirmə kursuna cəlb olunaraq imtahanlarda iştirak edirlər. Onların arasında sertifikasiyadan keçməyənlərin sayı çox azdır. Belə ki, Sertifikasiyadan keçən 22 mindən çox həkimin təxminən 56-60 nəfəri nostrifikasiyadan keçən həkimlərdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR