Sabah Azərbaycanın bəzi rayonlarında qar yağacaq - VİDEO

Sabah Azərbaycanın bəzi rayonlarında qar yağacaq - <span style="color: red;">VİDEO
# 30 oktyabr 2015 09:44 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. Oktyabrın 31-də Bakı və Abşeron yarımadasında arabir yağış yağacağı, mülayim şimal-qərb küləyinin axşama doğru güclənəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, havanın temperaturu gecə 8-10, gündüz 11-13, dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında oktyabrın 31-də arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dağlıq rayonlarda sulu qara, qara keçəcəyi ehtimalı var. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 7-10, gündüz 10-13, dağlarda gecə 2 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-7 dərəcə isti olacaq.

Oktyabrın 31-i axşamdan noyabrın 1-i gündüzədək Abşeron yarımadasında Xəzri küləyinin güclənməsi fonunda temperaturun bir qədər enməsi və rütubətli hava şəraiti bəzi meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR