Azəbaycan Milli İncəsənət Muzeyinin direktoru Gürcüstanın “Şəfəq” ordeninə layiq görülüb

Azəbaycan Milli İncəsənət Muzeyinin direktoru Gürcüstanın “Şəfəq” ordeninə layiq görülüb
# 13 may 2016 16:56 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə - APA. Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, professor, akademik Çingiz Fərzəliyevə Gürcüstanın “Şəfəq” ordeni təqdim olunub.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, təqdimat mərasimi bu gün Gürcüstan Milli Tarix Muzeyində keçirilib.

Ç. Fərzəliyevə ordeni prezident Giorgi Marqvelaşvili adından Gürcüstan prezidentinin milli azlıqlar üzrə müşaviri Sofiya Şamanidi təqdim edib. Tədbirdə Gürcüstan Milli Tarix Muzeyinin direktoru, akademik David Lordkipanidze, Gürcüstan mədəniyyət naziri Mixail Giorqadze, Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyn, Gürcüstanın keçmiş mədəniyyət naziri Valeri Asatiani, Gürcüstanın Azərbaycandakı səfiri Zurab Qumberidze, Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyət Muzeyinin direktoru Leyla Əliyeva və başqaları çıxış edərək Ç. Fərzəliyevi Gürcüstanın “Şəfəq” ordeninə layiq görülməsi münasibəti ilə təbrik ediblər.

Ç. Fərzəliyev isə Gürcüstan prezidentinə və gürcü xalqına təşəkkürünü bildirib və bundan sonra da Azərbaycan və gürcü xalqları arasında dostluq və mədəni münasibətlərinin möhkəmlənməsinə çalışacağını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR