Hacıqabulda MAN minik avtomobilini əzib, 1 nəfər ölüb, 7 nəfər xəsarət alıb - YENİLƏNİB

Hacıqabulda MAN minik avtomobilini əzib, 1 nəfər ölüb, 7 nəfər xəsarət alıb - <span style="color: red;">YENİLƏNİB
# 09 sentyabr 2016 08:00 (UTC +04:00)

Hacıqabul. Əlibəy Zeynallı-APA Bakı-Qazax yolunun 122-ci kilometrliyində, Hacıqabul rayonu ərazisindən keçən hissəsində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 1 nəfər ölüb, 7 nəfər xəsarət alıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, səhər saatlarında Qubadlı sakini, 1960-cı il təvəllüdlü İsgəndərov İzzət Atakişi oğlunun idarə etdiyi MAN markalı, 50 ZA 177 dövlət nömrə-nişanlı yük maşını Yevlax sakini, 1986-cı il təvəllüdlü Qafarov Elşad Süleyman oğlunun idarə etdiyi “Mercedes” markalı, 66 BJ 952 dövlət nömrə-nişanlı minik avtomobili ilə toqquşub.

Nəticəndə “Mercedes”də olan sərnişin, 1958-ci il təvəllüdlü Hüseynov Sabir İsmayıl oğlu hadisə yerində ölüb, sürücü ağır vəziyyətdə reanimasiya şöbəsinə yerləşdirilib. Digər sərnişinlər - Yevlax sakinləri, 1959-cu il təvəllüdlü Hüseynova Aybəniz Arif qızı, 1960-cı il təvəllüdlü İradə Qocayeva, 1953-cü il təvəllüdlü Məshəti Qocayeva, 1994-cü il təvəllüdlü Haqverdiyeva Ayşən Arzu qızı, 2015-ci il təvəllüdlü Hüseynov Tuncay Ədalət oğlu və Hüseynova Solmaz Ədalət qızı müxtəlif dərəcəli bədən xəsarətlər alaraq, Şirvan Mərkəzi Şəhər Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

***

08:48

Hacıqabul. Əlibəy Zeynallı-APA. Bakı-Qazax yolunun 122-ci kilometrliyində, Hacıqabul rayonu ərazisindən keçən hissəsində ağır yol qəzası baş verib, ölən və yaralananlar var.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, “MAN” markalı 50 ZA 177 dövlət nömrə nişanlı ağır tonnajlı yük maşını “Mercedes” markalı 66 BJ 952 dövlət nömrə nişanlı minik avtomobili ilə toqquşub.

Qəza nəticəsində “Mercedes”də olanlardan 1 nəfər hadisə yerində ölüb, 5 nəfər isə müxtəlif xəsarətlərlə Şirvan şəhər xəstəxanasına çatdırılıb.

Faktla əlaqədar araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR