FHN-in Muğan Regional Mərkəzi müşavirə keçirib - FOTO

FHN-in Muğan Regional Mərkəzi müşavirə keçirib - <span style="color: red;">FOTO
# 22 oktyabr 2015 07:47 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Fövqəladə Hallar Nazirliyinin (FHN) Muğan Regional Mərkəzi oktyabrın 21-də nazirliyin digər qurumlarının iştirakı ilə Neftçala Rayon İcra Hakimiyyətində “Təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı əhalinin qarşılaşdığı fəlakət riskinin qarşısının alınması və qarşılıqlı fəaliyyətin təşkili” mövzusunda müşavirə keçirib.

FHN-dən APA-ya verilən məlumata görə, müşavirədə İcra Hakimiyyətinin rəhbər işçiləri, Neftçala rayon Fövqəladə hallar komissiyasının üzvləri, ərazi icra nümayəndələri, bələdiyyələr, idarə və təşkilat rəhbərləri, Muğan Regional Mərkəzinin, Muğan Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin, Neftçala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin, Muğan Regional Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Müfəttişliyinin və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Muğan Regional Tikinti Müfəttişliyinin nümayəndələri iştirak ediblər.

Muğan Regional Mərkəzinin rəis müavini Tural Müseyibov tədbirdə çıxış edərək Fövqəladə Hallar Nazirliyinin yaradılmasından ötən 10 il müddətində respublikamızda fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində görülən işlər, Muğan Regional Mərkəzinin əhatə etdiyi ərazidə fövqəladə hallarla mübarizə sahəsində həyata keçirilən tədbirlər barədə məlumat verib, icra strukturları ilə Mərkəz arasındakı qarşılıqlı fəaliyyətin əhəmiyyətini qeyd edərək həyata keçirilən tədbirlər zamanı meydana çıxan problemlərin həllinə nail olmaq üçün müzakirələrin aparılmasının vacibliyini vurğulayıb.

Çıxış edən digər natiqlər ”Yanğın təhlükəsizliyinin problemləri və onların həlli yolları”, “Neftçala rayon ərazisində bu günədək aparılan monitorinqlərin nəticələri”, “Mərkəz ilə Neftçala Rayon İcra Hakimiyyəti arasında bağlanmış qarşılıqlı fəaliyyət planı”, ”Fövqəladə hallardan müdafiə sahəsində əhalinin fəlakət riskinin azaldılmasına hazırlanması”, “Təhlükə potensiallı obyektlərdə qaz təsərrüfatında təhlükəsizlik qaydaları”, “Yanğınların söndürülməsində maneçilik törədən səbəblər və onların aradan qaldırılması yolları” mövzularında məlumat verib, Muğan Regional Mərkəzinin monitorinq qruplarının Neftçala rayonu ərazisində müxtəlif vaxtlarda ictimai yaşayış binalarının, yüksək gərginlikli elektrik hava və yüksək təzyiqli qaz kəmərlərinin mühafizə zonalarında, eləcə də rayon ərazisindəki süni göllər və onların balans daşıyıcılarının monitorinqlərinin nəticələrindən bəhs edən slaydlar nümayiş etdirilib.

Yekunda mövcud problemlərin aradan qaldırılması istiqamətində edilən çıxışların və irəli sürülən təkliflərin rəhbər işçilər tərəfindən iş yerlərində bir daha müzakirə olunması, müvafiq tədbirlərin görülməsi qərara alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR