Lavrovla Kerri arasında telefon danışığı olub

Lavrovla Kerri arasında telefon danışığı olub
# 05 avqust 2016 17:55 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Rusiya xarici işlər naziri Sergey Lavrovla ABŞ dövlət katibi Con Kerri arasında telefon danışığı olub.

APA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, telefon danışığı zamanı terror qruplaşmalarına qarşı birgə mübarizənin zəruriliyi önə çəkilib.

Lavrovla Kerri Suriyadakı vəziyyətə də toxunublar. Rusiyanın xarici işlər naziri ekstremist qruplaşmaların fəallaşması nəticəsində Suriyada günahsız dinc sakinlərin öldürüldüyünü diqqətə çatdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR