Ağdamda iki avtomobil toqquşub

Ağdamda iki avtomobil toqquşub
# 05 oktyabr 2015 13:36 (UTC +04:00)

Ağdam. Ziya Əmirxanlı - APA. Ağdamda iki avtomobil toqquşub.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Əhmədağalı kəndi ərazisində baş verib. 02 BL 928 dövlət nömrə nişanlı, “Opel Corsa” markalı maşının sürücüsü Rafiq Rzayev dönmə əməliyyatını düz etmədiyindən sürüşərək, qarşıdan gələn “VAZ-21015” markalı avtomobillə toqquşub. Qəza nəticəsində “Opel Corsa” markalı maşında olan sərnişin, 1982-ci il təvəllüdlü Vasif Şahverənov müxtəlif bədən xəsarəti ilə Ağdam Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR