“Zita və Gita” filmində bibi rolunun ifaçısı vəfat edib

“Zita və Gita” filmində bibi rolunun ifaçısı vəfat edib
# 11 oktyabr 2015 15:04 (UTC +04:00)

Bakı – APA. Məşhur “Zita və Gita” filmində bibi rolunu oynayan hindistanlı aktrisa vəfat edib.

APA-nın məlumatına görə, aktrisa Manorama 79 yaşında ürək tutmasından ölüb.

Aktrisa 1200 filmdə və 1000 tamaşada rol alıb. O, bu göstəriciyə görə Ginnesin Rekordlar Kitabına düşüb.

Manorama ikinci planda qadın roluna görə Hindistanın Milli Kino Mükafatına da layiq görülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR