Nazir Şahin Mustafayev İrana səfər edəcək

Nazir Şahin Mustafayev İrana səfər edəcək
# 02 oktyabr 2015 08:03 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. İqtisadiyyat və Sənaye naziri, Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının Azərbaycan tərəfindən həmsədri Şahin Mustafayevin rəhbərliyi ilə Azərbaycan nümayəndə 3-4 avqust tarixlərində İranda səfərdə olarkən keçirilən görüşlərdə bir sıra sahələrə dair geniş fikir mübadiləsi aparılıb, o cümlədən Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin fəaliyyətinin təkmilləşdirilməsi və səmərəliliyinin artırılması istiqamətində müzakirələr üçün Hökumətlərarası Komissiya həmsədrlərinin rəhbərliyi ilə Azərbaycan və İran nümayəndə heyətlərinin görüşünün keçirilməsi barədə razılıq əldə olunub.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, 9-10 oktyabr tarixlərində Azərbaycanın Lənkəran və Astara, İranın Astara şəhərlərində keçirilməsi planlaşdırılan görüşlərdə Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi ilə bağlı işlərin gedişi, hər iki tərəfdən əlaqələndirilmiş işin təşkili, yaradılacaq infrastruktur barədə müzakirələr aparılacaq, dəhlizin Astara (Azərbaycan) - Astara (İran) hissəsinə baxış keçiriləcək.

Görüşlərdə Azərbaycan tərəfindən İqtisadiyyat və Sənaye naziri ilə yanaşı, Xarici İşlər və Nəqliyyat nazirliklərinin, Dövlət Gömrük Komitəsinin, Dövlət Sərhəd Xidmətinin, "Azərbaycan Dəmir Yolları" QSC-nin, İran tərəfindən aidiyyəti qurumların yüksək səviyyəli şəxslərinin iştirakı nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR