Bakıda iri mağazada yanğın baş verib

Bakıda iri mağazada yanğın baş verib
# 08 fevral 2016 05:53 (UTC +04:00)

Bakı-APA. Bu gecə Bakı şəhəri, Xətai rayonunda vətəndaşa məxsus ümumi sahəsi 3000 kv.m olan ikimərtəbəli mağazanın birinci mərtəbəsində yerləşən sahəsi 100 kv.m olan sexin tavanı 2 kv.m sahədə yanıb, döşəməsinə dağılmış yağ qalıqları və sexdə olan dəzgahlar yanaraq deformasiyaya uğrayıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 03:58-də yanğınsöndürənlər tərəfindən söndürülüb

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR