Rumıniyada oyun zamanı 26 yaşlı futbolçu ölüb

Rumıniyada oyun zamanı 26 yaşlı futbolçu ölüb
# 07 may 2016 00:06 (UTC +04:00)

Bakı-APA. Yaşıl meydanlarda daha bir futbolçu ölümü qeydə alınıb.

Apasport.az saytının məlumatına görə, Buxarest “Dinamo”sunun kamerunlu oyunçusu Patrik Ekenq vəfat edib.

Rumınya birinciliyinin “Vitorul”la oyununda meydana ehtiyatdan daxil olan 26 yaşlı futbolçu 7 dəqiqə sonra huşunu itirərək yerə yıxılıb. Ürəyi dayanan oyunçuya ilk olaraq klub həkimləri müdaxilə ediblər.

Həkimlər onun ürək döyüntülərini bərpa etsələr də, vəziyyətin gərgin olduğunu görüb təcili tibbi yardım maşını ilə xəstəxanaya yola salıblar.

Ancaq Ekenq heç bir xüsusi avadanlığı olmayan, sadəcə nəqliyyat kimi istifadə edilən tibbi yardım maşınında xəstəxanaya çatmamış vəfat edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR