Bu ilin 5 ayında əhali kreditlər üzrə faizlərin ödənilməsinə 490 mln. manat xərcləyib

Bu ilin 5 ayında əhali kreditlər üzrə faizlərin ödənilməsinə 490 mln. manat xərcləyib
# 16 iyun 2016 09:05 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Yanvar-may aylarında ölkə əhalisinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 8,3% artaraq 17 mlrd. 511,6 mln. manata çatıb.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən xəbərə görə, əhalinin hər bir nəfərinə düşən gəlirlər orta hesabla 1822,9 manat və ya ayda 364,6 manat təşkil edib.

Bu dövr ərzində gəlirlərin 79,4%-i (13,9 mlrd. manat) son istehlak xərclərinə, 9,5%-i (1,7 mlrd. manat) vergilərin, sığorta və üzvlük haqlarının, 2,8%-i (490,325 mln. manat) kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 8,3%-i (1,453 mlrd. manat) isə yığıma yönəldilib.

Əhalinin sərəncamında qalan gəlirlərin 15 mlrd. 846,9 mln. manat olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR