Bakıda eyni evdə dəm qazından zəhərlənən 1 nəfər ölüb, 2 nəfərin vəziyyəti ağırdır

Bakıda eyni evdə dəm qazından zəhərlənən 1 nəfər ölüb, 2 nəfərin vəziyyəti ağırdır
# 16 yanvar 2016 14:10 (UTC +04:00)

Bakı-APA. Bu gün günorta saatlarında Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Yasamal rayonunda mənzildə 3 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

APA-nın nazirliyin saytına istinadən xəbərinə görə, dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilə baxış keçirib və zərərçəkmişləri huşsuz vəziyyətdə aşkarlayıblar. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə zamanı onlardan birinin dəm qazından boğularaq, öldüyü, digər 2 nəfərin vəziyyətinin ağır olduğu müəyyənləşdirilib. Əməliyyat saat 14:03-də başa çatılb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR