KİV: İsrail təmsilçiləri HAMAS-la danışıqlar üçün Qahirəyə gedir

KİV: İsrail təmsilçiləri HAMAS-la danışıqlar üçün Qahirəyə gedir
# 07 may 2024 17:22 (UTC +04:00)

İsrail hökumətinin təmsilçilərindən ibarət nümayəndə heyəti HAMAS-la danışıqlar üçün yaxın saatlarda Qahirəyə gedəcək.

APA-nın xəbərinə görə, bu barədə “Reuters”ə Nazirlər Kabinetindəki adının çəkilməsini istəməyən mənbə məlumat verib.

Bildirilib ki, əsas məqsəd HAMAS-ı Qəzza sektorunda atəşkəsə dair tələblərin yenidən nəzərdən keçirilməli olduğuna inandırmaqdır.

Mənbənin sızdırdığı məlumata əsasən, heyətə MOSSAD və “Shin Bet” kəşfiyyat orqanlarının əməkdaşları cəlb edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR