Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Morul kəndində qeydə alınıb.
Hərəkətdə olan "VAZ" markalı minik maşını ilə daha bir avtomobil toqquşub. Qəza zamanı X.Məmmədov və daha bir nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.