Paşha Bank
Bank Of Baku

Efiopiya Somalidən 3 mindən çox hərbçisini çıxarmağı planlaşdırır

Efiopiya Somalidən 3 mindən çox hərbçisini çıxarmağı planlaşdırır
# 01 oktyabr 2026 07:01 (UTC +04:00)

Efiopiya ölkə daxilində döyüşlərin yenidən başlaması fonunda Somalidəki 3 mindən çox hərbçisini çıxarmağı planlaşdırır.

Bu barədə “Bloomberg” mənbələrinə istinadən məlumat yayıb.

Mənbələrin məlumatına görə, hərbçilərin çıxarılmasına yaxın günlərdə və ya həftələrdə başlanıla bilər.

Hələlik bunun Efiopiyanın Somalidə Afrika İttifaqının dəstək və sabitləşdirmə missiyasının tərkibindəki kontingentinə, yoxsa ikitərəfli razılaşmalar əsasında yerləşdirilmiş bölmələrinə aid olacağı məlum deyil.

Somali Müdafiə Nazirliyinin nümayəndəsi isə “Somalia Today” portalına bildirib ki, Əddis-Əbəbə belə bir planla bağlı Moqadişoya məlumat verməyib.

Qeyd edək ki, Efiopiya hərbçiləri Somali hakimiyyətinə “Əş-Şəbab” radikal qruplaşmasına qarşı mübarizədə kömək edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR