Bank Of Baku

Masallıda qəza olub, iki nəfər ölüb - YENİLƏNİB

Masallıda qəza olub, iki nəfər ölüb - YENİLƏNİB
# 01 oktyabr 2026 09:43 (UTC +04:00)

Ötən gün saat 23:00 radələrində Masallı rayonunun Mollaoba kəndinin ərazisində Aşurlu kənd sakini Eminağa Həşimovun idarə etdiyi “VAZ” markalı avtomobili maneəyə vurması nəticəsində özü və sərnişini, Tüklə kənd sakini Elvin İbrahimov hadisə yerində ölüb.

Bu barədə APA-ya Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Bildirilib ki, ilkin ehtimala görə, hadisəyə səbəb yüksək sürətlə hərəkət edən avtomobilin sərt döngədə idarəetmədən çıxması göstərilir.

"Baş Dövlət Yol Polisi İdarəsi sürət həddinin aşılması, idarəetmə zamanı diqqətsizliyə yol verilməsi, yol və hava şəraitinin nəzərə alınmaması kimi qayda pozuntularının əksər hallarda ağır fəsadlara səbəb olduğunu bir daha xatırladır və sürücülərimizi iki gəncin faciəsi ilə nəticələnən bu acı təcrübədən düzgün nəticə çıxarmağa çağırır", - məlumatda qeyd olunub.

***

08:56

Masallıda ölümlə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə gecə saatlarında rayonun Mollaoba kəndində qeydə alınıb.

Belə ki, Masallı sakini Eminağa Həşimov idarə etdiyi VAZ-2101 markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib.

Nəticədə avtomobil yolun kənarındakı həyətin darvazasına çırpılıb.

Qəza nəticəsində sürücü, 1983-cü il təvəllüdlü Eminağa Həşimov və avtomobildə olan sərnişin, 1993-cü il təvəllüdlü Elvin İbrahimov hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR